Bu gün:

Azərbaycan Türkmənistanda İnvestisiya Forumunda iştirak edib


İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumata əsasən, 24media.az xəbər verir ki, sentyabrın 18-19-da Türkmənistanın Avaza şəhərində keçirilən İnvestisiya Forumunda Azərbaycanı nazir müavini Sahib Ələkbərov təmsil edib.


Forumda ölkələrin iqtisadi imkanları təqdim olunub, tərəfdaşlıq və investisiya əməkdaşlığı müzakirə edilib. Çıxışında Ələkbərov Azərbaycan-Türkmənistan əməkdaşlığının gücləndiyini, Orta Dəhliz çərçivəsində tranzit daşımalarının 2025-ci ilin ilk yeddi ayında 1,28 milyon tona çataraq 13% artdığını vurğulayıb.

Tədbirdə Azərbaycanın işgüzar mühiti, azad edilmiş ərazilərdə quruculuq işləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının potensialı barədə də məlumat verilib.


Arzu Qafarova 


Paylaş
Şərh əlavə et