“Google”un həmtəsisçisi Sergey Brin innovativ ideya və sahibkarlıq ruhu ilə internetin inkişafında inqilabi rol oynayır. Bəs Sergey Brin kimdir, onun həyatı və nailiyyəti nədir?

Sergey Brin - həyatı və təhsili
Sergey Brin 21 avqust 1973-cü ildə Moskvada anadan olur. Yəhudi ailəsində doğulan Brin Sovet İttifaqında siyasi təqib səbəbi ilə 1979-cu ildə ailəsi ilə “ABŞ”ə köçür. Kiçik yaşlarından riyaziyyat və informatikaya maraq göstərən Brin bu sahədə istedadını tez nümayiş etdirir.
O, Merilend Universitetində Riyaziyyat və Kompüter Elmləri üzrə bakalavr dərəcəsi alır. Daha sonra dünyanın ən nüfuzlu universitetlərindən biri olan Stanford Universitetində magistraturaya daxil olur.
Larry Page ilə görüş və “Google”un yaranması
Stanfordda olduğu illərdə Sergey Brin gələcək iş ortağı Larry Page ilə tanış olur. Onlar onlayn məlumat əldə etməyi asanlaşdırmaq üçün axtarış sistemi layihəsi üzərində işləməyə başlayır.
1996-cı ildə ikisi birlikdə “BackRub” adlı ilk axtarış sistemini yaradır. Bu sistem saytların əhəmiyyətini keçid sayına görə qiymətləndirib. Layihə böyüyür və Google 1998-ci ildə rəsmi olaraq təsis olunur.
Google ilə böyük uğur
Google qısa müddətdə dünyanın ən çox istifadə edilən axtarış sisteminə çevrilir. Sergey Brin şirkətin texnoloji baxışının formalaşmasında xüsusi rol oynayır. O, sadəcə axtarış motoru ilə kifayətlənməyərək Gmail, Google Xəritələr, Android və YouTube kimi yeniliklərin inkişafına da töhfə verir və “Google”un çevrilməsində əsas fiqurlardan biri olur.
Sergey Brinin digər fəaliyyəti
Brin Google ilə kifayətlənmir. 2015-ci ildə Google Alphabet Inc altında yenidən qurulanda Sergey Brin “Alphabet”in sədri olur. Burada o, süni intellekt, sağlamlıq texnologiyaları və innovativ layihələrə investisiya yatırır.
Bundan başqa, Brin təhsil, səhiyyə və ətraf mühit sahəsində layihələri dəstəkləyən xeyriyyəçilik fəaliyyəti ilə də tanınır. Parkinson xəstəliyinə tutulma riskinin yüksək olması səbəbi ilə bu sahədə aparılan araşdırmalara əhəmiyyətli dəstək verir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
