Bu gün:

Gözəllik salonunda gizli hekayələr


ABŞ rəssamı Kerry James Marshall hazırda London Kral Akademiyasında böyük sərgi ilə təqdim olunur. Onun ən diqqətçəkən əsərlərindən biri “School of Beauty, School of Culture” (2012) adlı tablo olub. Bu əsər nəhəng ölçülüdür və gözəllik salonunda gündəlik səhnəni təsvir edir, amma arxasında gizli simvolik mənalar var.

Marshall əsərlərində qara insanların gündəlik həyatını böyük sənət mövzusuna çevirir. Onun üçün bərbərxanalar və gözəllik salonları sadəcə xidmət yeri yox, həm də cəmiyyət və şəxsiyyətin formalaşdığı məkanlardır. Rəssam tablolarında həm Qərb incəsənətinə işarələr (Holbein, Van Eyck, Velázquez) əlavə edir, həm də müasir qara mədəniyyətinə istinad edir (Lauryn Hill, Chris Ofili). Məsələn, əsərdə Disney-in “Sleeping Beauty” fiquru deformasiya olunmuş şəkildə verilib, bu, ağ gözəllik standartlarının qara mədəniyyətinə müdaxiləsinə işarədir. Marshall bütün fiqurları “qara nüvəsinə qədər” təsvir edir. Onun məqsədi qara bədənləri böyük sənət tarixi miqyasında görünən və mərkəzdə olan obraz kimi göstərməkdir.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et