Hər bir ölkədə və mədəniyyətdə müxtəlif batil inanclar mövcuddur. Bunların bəziləri günümüzdə də insanlar tərəfindən qəbul edilir.

Rusiya – Çamaşırı tərs asmaq dava gətirər.
• Çexiya – Müxtəlif biraları eyni stəkanda qarışdırmaq uğursuz sayılır.
• Yunanıstan – 13-cü gün çərşənbəyə düşərsə, pislik gətirəcəyi düşünülür.
• Latın Amerikası – Çərşənbə günü evlənmək uğursuz sayılır.
• Cənubi Koreya – Ayaqları yelləmək şansı və sağlamlığı azaldar.
• Çin – Balığı çevirmək uğursuzluq gətirir. Dörd rəqəmi də “ölüm” sözünə oxşadığı üçün pis sayılır.
• İsveç – Açarlıqları masaya qoymaq uğursuzluq sayılır.
• Tacikistan – Pul, iynə və qayçı əldən-ələ verilməz, stolun üstünə qoyularaq götürülür.
• Azərbaycan – Duz və ya istiot töküləndə dava çıxacağı düşünülür. Onun üstünə bir az şəkər səpilir.
• Türkiyə – Ay işığını əks etdirən sudan içmək uğursuzluq gətirir.
• İngiltərə – Evin içində çətir açmaq, masaya ayaqqabı qoymaq və büdrəmək uğursuzluq hesab olunur.
• Serbiya – Yeni doğulan körpəyə gözəl sözlər demək uğursuzluq sayılır. Ona görə də körpələrə “çirkin” deyərlər.
• Almaniya – Doğum gününü qabaqcadan təbrik etmək pislik gətirir.
• İspaniya – Sarı paltar hədiyyə etmək və otağa sol ayaqla girmək uğursuzluq hesab olunur.
• Meksika – Qarşı-qarşıya qoyulan güzgülər pislik gətirir.
• Filippinlər – Dəfn mərasimindən sonra birbaşa evə getmək olmaz, çünki ruh insanı izləyə bilər.
• Braziliya – Çantanı və ya cüzdanı yerə qoymaq kasıblıq gətirər.
• İrlandiya və Şotlandiya – Tək saksağan görmək uğursuzluq sayılır, amma iki dənə görmək bu pisliyi pozur.
• Yaponiya – Yemək çubuqlarını yeməyə sancmaq, yatağın başını şimala qoymaq uğursuzluq gətirir.
• Norveç – Günəşli havada fit çalmaq yağış gətirər.
• Hindistan – Çərşənbə günü saç kəsdirmək uğursuzdur.
• Kanada – Hamilə qadın balıq istəyirsə, yeməsə uşağın başı balığa oxşayacaq deyə inanılır.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
