Qədim bir simvol müasir dövrdə yenidən diqqət mərkəzindədir. Qədim dövrlərə aid mistik fiqur yenidən diqqət mərkəzinə çevrilib: öz quyruğunu yeyən ilan Ouroboros. Əbədi dövrənin, məhvin və yenidən doğuşun simvolu olan bu qədim motiv min illər boyu müxtəlif mədəniyyətlərdə peyda olub.
Misir heroqliflərindən yunan fəlsəfəsinə, Vikinq əfsanələrindən orta əsr kimyagərlərinə qədər bir çox sivilizasiyalar Ouroborosdan istifadə edib. Adətən dairəvi formada təsvir edilən bu ilan başlanğıc və sonun kəsişməsini simvollaşdırır.
Orta əsrlərdə kimyagərlər kainatın sirlərini və həyatın dövranını izah etmək üçün Ouroborosları seçiblər. Bu gün bu simvol tez-tez incəsənət, ədəbiyyat, kino və rəqəmsal dizaynda görünür. Sonsuzluq işarəsi ilə yanaşı, müasir mədəniyyətdə "əbədi dövr" ideyasını dəstəkləyən ən güclü vizual simvollardan birinə çevrilib.
Mədəniyyət tarixçisi Prof. Dr. Ayşe Dəmir "Oroboros insanlığın varlıq suallarına verdiyi ən qədim cavablardan biridir. Bizə ölümün və həyatın bir bütöv olduğunu və hər sonun əslində bir başlanğıcın qapısını açdığını bildirir" , - deyib.
İstər mifoloji mənşəyi, istərsə də müasir mədəniyyətdəki əksləri ilə Ouroboros təkcə keçmişin deyil, həm də indinin simvolu olaraq qalır. Sonsuzluğu yeyən bu sirli ilan əsrləri aşan bir dövrün səssiz şahidi olaraq qalır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə