Bu gün:

Qrip və COVID xərçəng hüceyrələrini oyada bilər


Yeni araşdırmalar göstərib ki, qrip və COVID-19 kimi tənəffüs yoluxucu infeksiyalar bədəndə illərlə yuxuda qalan xərçəng hüceyrələrini aktivləşdirə bilər. ABŞ-dəki Montefiore Eynşteyn Kompleks Xərçəng Mərkəzinin direktoru Dr. Julio Aguirre-Ghiso və komandası tərəfindən aparılan tədqiqatda siçanlar üzərində aparılan sınaqlar zamanı bu virusların cəmi iki həftə ərzində metastatik şişlərin yaranmasına səbəb olduğu müəyyən edilib.

Alimlər bu mexanizmin IL-6 adlı immun sistemi zülalı vasitəsilə baş verdiyini bildirirlər. Bu zülalın hədəf alınması infeksiya sonrası metastaz riskini azalda bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə, keçmişdə xərçəng diaqnozu qoyulmuş şəxslər qrip və digər infeksiyalara qarşı daha diqqətli olmalıdırlar. Peyvəndlərdən istifadə, infeksiyaların vaxtında müalicəsi və erkən diaqnoz bu risklərin azaldılmasında mühüm rol oynayır.

Kolorado Universitetindən doktor Ceyms DeQreqori prosesi belə izah edib: “Yuxuda olan xərçəng hüceyrələri közə bənzəyir, viruslar isə onları yenidən alovlandıran küləkdir”.

Araşdırma nüfuzlu “Nature” jurnalında dərc olunub və alimlər hesab edirlər ki, bu tapıntılar xərçəngin müalicəsi və ictimai sağlamlıq baxımından yeni istiqamətlər açacaq.


Mənbə: Hurriyet

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et