Payız mövsümündə kino və televiziya dünyası çox zəngin olacaq. Yayın böyük filmləri bitib, indi isə Oscar mövsümü başlayır. Bu mövsümdə bir çox tanınan aktyor və rejissorun yeni işləri təqdim ediləcək. Julia Roberts universitet professoru rolunda After the "Hunt" filmində çıxış edir, "Hamnet" filmində Paul Mescal Şekspiri, Jessie Buckley isə onun həyat yoldaşını canlandırır. "Nuremberg" filmi İkinci Dünya Müharibəsindən sonra aparılan beynəlxalq məhkəmələri göstərir və burada Russell Crowe və Rami Malek kimi aktyorlar rol alır. Kathryn Bigelow isə A House of Dynamite adlı nüvə təhlükəsi haqqında gərgin film çəkib. Eyni zamanda, beynəlxalq kino sahəsində İran rejissoru Cəfər Pənahinin "It Was Just an Accident" filmi və Braziliya rejissoru Kleber Mendonça Filho-nun "The Secret Agent" filmi diqqət çəkir. Fantastika və macəra janrında "Wicked: For Good", James Cameron-un "Avatar: Fire and Ice" filmi və Stephen King əsasında çəkilən "The Running Man" ekranlara çıxacaq.
Televiziya sahəsində də maraqlı layihələr var. Netflix-in "House of Guinness" serialı Guinness ailəsinin qaranlıq tarixini göstərir, romantik komediya "Nobody Wants This" yeni mövsümlə geri dönür, siyasi triller "The Diplomat" və casus serialı "Slow Horses" isə davam edir. Apple TV+ öz payız mövsümündə çox güclü proqramlar təqdim edir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova