ABŞ-də son vaxtlar sürətlə populyarlaşan Tea proqramı artıq milyonlarla qadının telefonunda mövcuddur. Xüsusi olaraq qadınlar üçün hazırlanan proqram istifadəçilərə anonim şəkildə tanış olduqları kişilər haqqında şərh yazmağa, saxta profilləri müəyyən etməyə və fon yoxlaması aparmağa imkan verir.
Tea proqramı nədir?
Proqram vasitəsilə qadın istifadəçilər tanış olduqları kişilərə anonim şərh yaza bilir. Gizli nikah, cinayət qeydi və cinsi cinayətkar qeydlərini yoxlaya bilir. Süni intellektlə işləyən əks görüntü axtarışı vasitəsilə saxta profil müəyyən edə bilir. ABŞ-dəki ən böyük qadın icmalarından birində təcrübəsini bölüşə bilir. Proqramın göstərilən məqsədi qadınlara onlayn tanışlıq təhlükəsizliyi verməkdir.
Yalnız qadınlar üçün
Tətbiq yalnız qadın istifadəçilər üçün əlçatandır. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi, foto və yer məlumatı tələb olunur. Moderatorlar deyir ki, qadın şəxsiyyəti yoxlanandan sonra bu məlumat silinir. Təsdiqlənən istifadəçi proqrama anonim ad ilə qoşula bilir. Bu sistem istifadəçinin şəxsiyyətini gizlətmək məqsədi daşıyır, kişilər isə ümumiyyətlə tətbiqə qəbul edilmir.
Mübahisə və tənqid
Tea tez bir zamanda populyarlıq qazanır, amma çoxlu mübahisə də yaradır. Bəzi qruplar tətbiqi “insanlara nifrət edən” adlandırır. The Times proqramı “kişiləri utandıran proqram” kimi təsvir edir. “Reddit”dəki “MensRights” icması tətbiqin tamamilə silinməsini müdafiə edir. Mütəxəssislər bildirir ki, proqram dezinformasiya, böhtan və şəxsi məlumatların açıqlanması (doxxing) kimi risklər yaradır.
Məlumatların pozulması böhranı
Tea yüksəlişini davam etdirsə də, böyük məlumat sızması qalmaqalı səbəbi ilə diqqət mərkəzinə düşür. “NBC News”a görə:
Təxminən 72 min şəkil sızır. Bunun içində 13 min selfi və 59 min yazı/foto olur, bunlar şəxsiyyət yoxlaması zamanı yüklənib. Sızıntı əvvəlcə “4chan”da ortaya çıxır və tez sosial mediada yayılır. Şirkət hadisəni köhnə məlumat saxlama sistemi ilə izah edir və lazımi təhlükəsizlik tədbiri gördüyünü bildirir. Bu pozuntudan sonra proqramın mesajlaşma funksiyası müvəqqəti olaraq bağlanır.
Tea proqramı niyə bu qədər populyardır?
“Tea”nin populyarlığının əsas səbəbi qadınlara təhlükəsiz onlayn tanışlıq təcrübəsi vermək vədidir. Proqram istifadəçilərə yalnız məlumat paylaşmaq deyil, həm də həmrəylik və icma dəstəyi təqdim edir. İnstagramda milyonlarla izləyici sayının artması proqramın “qadınlar üçün təhlükəsizlik proqramı” kimi reputasiyasını gücləndirir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli