Perunun məşhur Ollantaytambo dağ qalasında aparılan müşahidələr zamanı maraqlı bir detal diqqət çəkib.
Qalanın divarlarında yerləşən nəhəng andezit daş blokları yüz illər öncə elə bir dəqiqliklə sıx yerləşdirilib ki, bu gün belə onların inşaat texnologiyası alimlər üçün tam aydın deyil. Daşların bir-birinə “cərrahi dəqiqliklə” uyğunlaşdırıldığı bildirilir.
Lakin əsrlər boyu davam edən təbii təsirlər və zəlzələlər nəticəsində bəzi oynaqlarda boşluqlar əmələ gəlib. İndi həmin yerlərə insan barmağı sığdırmaq mümkündür. Bununla belə, mütəxəssislər bildirirlər ki, bu yalnız divarların kiçik bir hissəsində müşahidə olunur, qalan böyük strukturlar isə hələ də möhkəm şəkildə ayaqdadır.
Arxeoloqların fikrincə, Ollantaytambo divarlarının əsrlərlə salamat qalması, qədim inka mühəndisliyinin nə qədər inkişaf etmiş olduğunu bir daha sübut edir. Hətta müasir binaların çoxu, bu qədim qala kimi yüzillər boyu tab gətirə bilsəydi, tikinti keyfiyyəti baxımından daha etibarlı sayılardı.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
