ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı mövqeyindən məmnun olmadığını bildirib.

ABŞ Prezidenti Tramp Böyük Britaniyaya rəsmi səfərinin son günündə İngiltərənin Baş naziri Keir Starmer ilə birgə mətbuat konfransı keçirib və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Tramp vəzifəyə başlamazdan əvvəl Rusiya Prezidenti Putinlə münasibətinə görə Rusiya-Ukrayna müharibəsinin “bitirilməsi ən asan müharibə” olduğunu düşündüyünü və bu baxımdan məyus olduğunu bildirib.
Putini Alyaskaya dəvət etdiyinə görə peşman olub-olmadığını soruşduqda Tramp “Xeyr” cavabını verib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Kəmalə Vəliyeva
