Bu gün:

Azərbaycan və Aİ iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı Marta Kosla görüşüb.

Görüşdə Azərbaycanın Aİ ilə iqtisadi-ticarət əlaqələri, enerji və investisiya sahəsində əməkdaşlıq, həmçinin minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafı üzrə layihələr müzakirə olunub. Tərəflər “Global Gateway” təşəbbüsü çərçivəsində investisiya imkanlarını da qiymətləndiriblər.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et