24Media.az-ın növbəti müsahibi nəqliyyat eksperti Elməddin Muradlıdır. O, metropolitendə üz tanıma sistemindən danışıb.
-Üz tanıma sistemi metropolitenə nə kimi üstünlüklər qazandıracaq və gələcəkdə bu texnologiyanın təkmilləşdirilməsi istiqamətində hansı yeniliklər planlaşdırılır?

Ödənişin bir növü olan üz tanıma sürətli keçidi təmin edəcək. Kart oxutmaq və digər üsullar vaxt aparır. Üz tanıma sistemi vasitəsi ilə metro girişlərində olan tıxac aradan qaldırılacaq. Burada hər hansı bir təhlükəsizlikdən söhbət getmir, sadəcə sərnişinlərin rahatlığı, sürətli keçid ön plandadır. Bu sistemdə şəxsi məlumatların qorunması üçün geniş baza lazımdır. Metropoliten bu datanı indiyə qədər qorumuşdur. Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar bu məsələyə diqqətlə yanaşır. Belə bir məsələyə də diqqət yetirməliyik ki, axtarışda olan şəxslər bu sistem vasitəsi ilə aşkar edilə bilər. Hüquq Müdafiə orqanları üçün müsbət yanaşma olacaqdır.
Yaşlı, əlil insanlar üçün də alternativ variantların yaradılması nəzərdə tutulur. Gələcəkdə bank kartları, ödəniş kartları vasitəsilə ödəniş etmək mümkün olacaq. Tələbələr üçün güzəştli şərtlərin olması da gələcək üçün planlaşdırılır.
Səbinə Cəlilli
