Bu gün:

DeepSeek: ABŞ-dan qat-qat ucuz AI modeli


Çin şirkəti DeepSeek süni intellekt modelini 294 min dollara təlim etdiyini açıqlayıb.

Çin süni intellekt şirkəti DeepSeek açıqlayıb ki, onun hazırladığı R1 modeli cəmi 294 min dollara təlim etdirilib. Bu rəqəm ABŞ rəqiblərinin bildirdiyi xərclərdən xeyli aşağıdır.

Şirkətin məlumatı Nature jurnalında dərc olunmuş məqalədə yer alıb. Bildirilib ki, modelin hazırlanması zamanı 512 ədəd Nvidia H800 prosessoru istifadə olunub.

Mütəxəssislər xərclərin aşağı olması ilə bağlı iddiaların Pekinin qlobal AI yarışında mövqeyinə təsir göstərə biləcəyini deyiblər.


Mənbə: Retuers 

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et