ABŞ Prezidenti Donald Tramp İngiltərə səfərinin ikinci günündə Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Chequers iqamətgahında görüşüb.
Tramp əvvəlcə kraliyyət ailəsi ilə görüşdüyü Windsor qalasından ayrılaraq, “Marine One” helikopteri ilə Buckinghamshire bölgəsinə yollanıb. Baş nazir Starmer onu iqamətgahının qapısında qarşılayıb. Daha sonra iki lider baş-başa danışıqlara keçiblər.
Görüşdə texnologiya investisiyaları, gömrük rüsumlarının azaldılması, Ukrayna və Qəzza məsələlərinin müzakirə olunacağı gözlənilir. Danışıqlardan sonra Tramp və Starmer-in birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
