Bu gün:

Marie Antoinette nifrətin yox, üslubun simvoluna çevrilib


Marie Antoinette Avropanın ən çox nifrət olunan qadınlarından biri idi. Onu məsuliyyətsiz, israfçı və siyasi oyunlarda iştirak edən biri kimi göstəriblər. Bu səbəblər də Fransa inqilabına gətirib çıxarıb və nəticədə, kraliça 1793-cü ildə edam edilib.

Onun dəbdəbəli həyat tərzi yoxsul xalqı qıcıqlandırıb, amma əslində, Fransa xəzinəsini müharibələr tükəndirib. 

Marie Antoinette xeyirxahlığı ilə də tanınıb, geyimlərini qulluqçularına verib, uşaqları övladlığa götürüb, xeyriyyə işlərinə pul ayırıb. O, mehriban ana olub, uşaqları ilə yaxın münasibəti olub. Onun haqqında yayılan dedi-qodular, pozğunluq, xəyanət və s. – əsasən kişi tarixçilərin yazdığı miflər idi. Əslində, o daha sakit və təmkinli idi. Bütün bunlara baxmayaraq, inqilabçılar onu monarxiyanın simvolu kimi görüblər və məhv ediblər. Amma ölümündən sonra da onun dəbi, stili və hekayəsi insanları cəlb etməyə davam edib.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et