Bəzən xoşbəxtliyin açarı sakit və rahat bir zehndə gizlidir. Təkrarlanan düşüncələrdən və gündəlik qaçaqaçdan qurtulmaq üçün özünüzə bir məşğuliyyət seçə bilərsiniz.
1. Bitki yetişdirmək
Təbiətlə bağ qurmaq və bitkilərinizlə maraqlanmaq üçün vaxt ayırmaq özünüzü daha rahat hiss etməyinizə kömək edə bilər. Bunun üçün mütləq bağınız olmalı deyil – evinizdəki bir saksı bitkisinə qulluq etmək belə əhvalınızı yaxşılaşdıracaq və stressinizi azaldacaq.
2. Yemək bişirmək
Yemək bişirərkən bütün diqqəti hazırlığa yönəltmək sizi hər şeydən uzaqlaşdıracaq. Eyni zamanda yaradıcılığınızı işə salaraq hazırladığınız yeməyi dadmaq həm zövq verəcək, həm də faydalı olacaq.
3. Yazmaq / gündəlik tutmaq
Gündəlik tutmaq hisslərinizi ifadə etməyin və anlamağın bir yoludur. Zeyhiniz sürətlə işlədikdə və narahatlığınız artdıqda bunları yazıya tökmək həm sizi yüngülləşdirəcək, həm də çıxış yolu tapmağınıza yardım edəcək.
4. İdman etmək
İdman etmək beyninizin stresslə daha yaxşı mübarizə aparmasına kömək edir və psixi sağlamlığınızı gücləndirir. Buna görə də yoga, gəzinti kimi fəaliyyətləri gündəlik həyatınıza əlavə etmək sizi daha sakit və balanslı edə bilər.
5. Əl sənətləri ilə məşğul olmaq
Toxumaq, keramika ilə işləmək və ya yağlı boya ilə rəsm çəkmək kimi maraq dairənizə uyğun sahəyə yönəlmək içinizdə sıxışıb qalan hiss və düşüncələrinizi ifadə etməyə, nəticədə onlardan azad olmağınıza yardım edə bilər.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
