İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Türkiyənin “Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə Azərbaycanda tekstil sənayesinin inkişafı, yeni layihələrin reallaşdırılması və əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, bu təşəbbüslər ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.
Arzu Qafarova
