Bu gün:

Titanik faciəsi zamanı fədakarlıq nümunəsi


Titanik gəmisinin sərnişinlərindən olan amerikalı milyarder Benjamin Guggenheim faciə anında göstərdiyi davranışı ilə yadda qalıb.

O, xilasedici qayığa minməkdən imtina edərək öz yerini bir qadına verib. Gəminin stüardına isə ailəsinə çatdırılması üçün mesaj ünvanlayıb. Mesajda belə deyilirdi: “Mən bu faciəni sona qədər ləyaqətlə qarşılayacağam və gəmidə heç bir qadının geridə qalmamasına diqqət edəcəyəm, çünki Ben Guggenheim heç vaxt qorxaq olmayıb". 

Guggenheim-in bu addımı həm dövrünün mətbuatında, həm də sonrakı illərdə onun fədakarlığının və cəsarətinin simvolu kimi xatırlanıb.

Mənbə: Another History

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et