Bu gün:

Ən qədim çömçə qabları nə zamana aiddir?


İndiyə qədər tapılmış ən qədim gil çömçələrin qırıntıları Çindəki bir mağarada aşkar edilib və onların 19.000–20.000 il əvvələ aid olduğu müəyyənləşdirilib.

“Ən erkən çömçələrin arxeoloji kontekstlərinin radiokarbon yaşları indidən 20.000–19.000 il əvvələ aid edilir və bu, onların Şərqi Asiyada və digər yerlərdə tapılan digər çömçələrdən 2.000–3.000 il daha qədim olduğunu göstərir”, – deyə araşdırmanı aparan alimlər 2012-ci il tarixli məqalələrində yazırlar.

Mağaradakı təbəqələr göstərir ki, çömçə qablar Son Buzlaşma Dövründə ovçuluq və yığıcılıqla məşğul olan köçəri ovçu-yığıcılar tərəfindən hazırlanıb. Bu qablar yəqin ki, yemək bişirmək məqsədilə istifadə olunub. Bu erkən tarix göstərir ki, çömçə qabların istehsalı və istifadəsi əkinçiliyin yaranmasından azı 10.000 il əvvələ təsadüf edir.

Digər arxeoloji sübutlar da erkən dövr ovçu-yığıcıların nə qədər yaradıcı ola bildiklərini göstərir. Təxminən 1,8 milyon il əvvələ aid tapıntılar Olduvai Dərəsindən olan ilkin hominidlərin, hələ od kəşf edilməmişdən əvvəl belə, qidalarını bişirmək üçün hidrotermal mənbələrdən istifadə etmiş ola biləcəyini düşündürür. Son dövrlərdə aparılmış bir araşdırma isə Neolit dövründə insanların Türkiyədə metal emalı ilə, əvvəllər hesab ediləndən təxminən 3.000 il daha əvvəl maraqlanmağa başlamış ola biləcəyini irəli sürüb. Bəzi bölgələrdə isə əcdadlarımız ən çətin yaşayış şəraitində sağ qala bilmək üçün nəvələrinə yol göstərici kimi qaya rəsmləri belə buraxıblar.

Bununla belə, çömçələrin 20.000 il əvvələ gedib çıxdığını göstərən bu tapıntı alimləri təəccübləndirdi. Əvvəllər hesab olunurdu ki, bişirmə qabları yalnız əkinçiliyin inkişafı ilə meydana çıxıb. Məsələn, düyü yetişdirməyi öyrəndikdə, qısa müddətdə onu yeyilə bilən hala gətirməyin yolunu da tapmaq məcburiyyətindəsiniz.

Tədqiqatçılar bildirirlər ki, bu çömçə qablar yalnız dəniz məhsullarını bişirmək üçün deyil, başqa yaradıcı məqsədlərlə də istifadə olunmuş ola bilər. Məsələn, heyvan sümüklərini qaynadaraq yağını çıxarmaq və ya hətta alkoqol dəmləmək üçün işlədilmiş ola bilər. Beləliklə, çömçə qablar ‘şənliklərdə həyati bir sosial rol oynamış’ ola bilər.

Mənbə: Arkeofili

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et