Bu gün:

Süni intellekt qlobal iqtisadiyyatı dəyişir


Dünya Ticarət Təşkilatının (DTT) illik hesabatına görə, süni intellektin tətbiqi 2040-cı ilə qədər dünya ticarətini 34-37%, qlobal ÜDM-i isə 12-13% artıra bilər.

Hesabatda qeyd olunur ki, AI xərcləri azaldaraq məhsuldarlığı artıracaq və xüsusilə kiçik istehsalçılara qlobal bazara çıxış imkanı verəcək. 

DTT Baş direktoru Ngozi Okonjo-İweala bildirib ki, AI həm yeni imkanlar yaradacaq, həm də bəzi iş yerlərini sıradan çıxaracaq: “Bu keçidi idarə etmək üçün təhsil, bacarıqların artırılması və sosial müdafiə siyasətlərinə ciddi sərmayə lazımdır.”


Mənbə: Reuters 

Tərcümə etdi: Nəzakət Nəsibli

Paylaş
Şərh əlavə et