Yaponiyanın bir neçə şəhərində məktəblərdə süni zəka ilə işləyən müəllimlər sınaq mərhələsinə buraxılıb. Bu virtual müəllimlər dərsləri şagirdlərin sürətinə uyğun izah edir, fərdi suallara cavab verir və qiymətləndirmə aparır. Sistem həmçinin müəllimlərə dərs planlarını daha effektiv qurmaqda kömək edir.

Təhsil mütəxəssisləri bildiriblər ki, süni zəka müəllimlərin yerini tam əvəz etməsə də, təhsildə fərdi yanaşmanı gücləndirə və şagirdlərin motivasiyasını artıra bilər. Əgər sınaqlar uğurla nəticələnsə, layihə gələcəkdə daha geniş miqyasda tətbiq ediləcək.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
