Bu gün:

ABŞ, macar vətəndaşlarına tətbiq edilən səyahət məhdudiyyətlərini ləğv edib


ABŞ, 2023-cü ildə macar vətəndaşlarına tətbiq olunan səyahət məhdudiyyətlərinin, Budapeştin təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün atdığı addımların tamamlanmasından sonra ləğv edildiyini açıqlayıb.ABŞ-nin Budapeştdəki səfirliyi macarların Viza İstisna Proqramı statusuna dair yazılı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2023-cü ildə macar pasportları verilən təxminən 1 milyon xarici vətəndaşın kimliklərinin kifayət qədər yoxlanılmaması ilə bağlı narahatlıq səbəbilə bu məhdudiyyətləri tətbiq edib.

İndi isə məhdudiyyətlərin tamamilə aradan qaldırılması qərarı, Macarıstanın təhlükəsizlik boşluqlarını bağlamaq üçün bütün zəruri tədbirləri görməsindən sonra verilib.

Açıqlamada həmçinin qeyd olunub:

“Prezident Donald Tramp kimi, Macarıstanın Baş naziri Viktor Orban da sərhədlərin təhlükəsizliyini təmin etmək və ölkəyə kimin daxil olduğunu nəzarətdə saxlamaq mövzusunda qətiyyətlidir. Ölkələr sərhədlərinin təhlükəsizliyini təmin etdikdə, bütün dünyanı daha təhlükəsiz bir yerə çevirirlər və buna görə mükafatlandırılmalıdırlar”.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et