Bu gün:

270 min funtluq qalereya dramı


Londondakı Grove Qalereyasında Banksy-nin “Girl with Balloon” seriyasına aid olan və 270 min funt sterlinq dəyərində qiymətləndirilən əsər cəmi 36 saniyə ərzində oğurlanıb. Hadisə 2024-cü ilin sentyabrında baş verib.

Məhkəmədə bildirilib ki, 48 yaşlı Larry Fraser qalereyanın şüşə qapısını sındıraraq içəri girib və əsəri götürüb. O, günahını etiraf edib. Onunla əlaqədə olduğu deyilən 54 yaşlı James Love isə oğurluğa kömək etməkdə ittiham olunur, amma təqsirini qəbul etmir və məhkəməsi davam edir. Qalereya sahibi James Ryan bildirib ki, əsər ilk dəfə 2004-cü ildə çap olunub və cəmi 150 nüsxədən biridir, həmin nüsxə isə 72-ci idi. Əsər özəl kolleksiyaçıya məxsus idi və yüksək dəyərə malikdir.

Hadisədən sonra əsər gizlədilsə də, polis onu taparaq geri qaytarıb və yenidən sərgidə nümayiş olunub. Bu işlə bağlı məhkəmə prosesi isə hələ də davam edir.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et