Bu gün:

İsrail Qəzza şəhərinə quru əməliyyata başlayıb


Sentyabrın 16-da İsrail ordusu Qəzza şəhərinə quru əməliyyata start verib. Əməliyyat çərçivəsində şəhər eyni zamanda havadan, dənizdən və qurudan intensiv bombardmana məruz qalıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hazırda Qəzza şəhərində təxminən 3 minə qədər HƏMAS silahlısının olduğu bildirilir. Əməliyyat nəticəsində şəhərdə geniş dağıntılar qeydə alınıb, çoxsaylı sakinlər isə cənuba doğru köç etməyə məcbur olub.

Rəsmi açıqlamalarda əməliyyatın əsas məqsədinin HƏMAS-ın hərbi mövqelərinin tamamilə zərərsizləşdirilməsi olduğu vurğulanıb.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et