Yaponiyada uzun illərdir ifa edilməyən qədim “sho” adlı nəfəs aləti yenidən musiqisevərlərin diqqətinə təqdim olunub. Bu alət bambukdan hazırlanır və xüsusi ahəngdar səslər çıxarmaqla ənənəvi Yapon musiqisinə mistik ovqat qatır.

Musiqi tarixçiləri bildiriblər ki, “sho” aləti əsasən dini mərasimlərdə istifadə olunub. İndi isə müasir bəstəkarlar onu yenidən əsərlərinə daxil etməyə başlayıblar. Mütəxəssislər hesab edir ki, bu addım qədim musiqi ilə müasir musiqi arasında körpü rolunu oynayacaq.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
