İtaliyanın Siciliya adasında yerləşən qədim zeytun ağacı alimləri təəccübləndirib. Tarixi mənbələrə görə, bu ağacın yaşı 2700 ildən çoxdur. Ən maraqlısı isə odur ki, ağac bu gün də sağlam şəkildə zeytun meyvəsi verir.

Mütəxəssislər bildirirlər ki, ağacın uzunömürlü olmasının səbəbi həm iqlim, həm də xüsusi torpaq tərkibi ilə bağlıdır. Yerli sakinlər isə bu ağacı “əbədiyyətin simvolu” adlandırır və onu müqəddəs hesab edirlər. Alimlər ağacın genetik xüsusiyyətlərini öyrənməklə, digər bitkilərdə də uzunömürlülüyün sirrini tapmağa ümid edirlər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
