Bu gün:

Hollivudun ikonası Robert Redford həyatını itirib


Amerikalı aktyor Robert Redford 89 yaşında vəfat edib. O, Butch Cassidy and the Sundance Kid və The Sting kimi məşhur filmlərdəki rolları ilə tanınıb.

1980-ci ildə "Ordinary People" filmi ilə ən yaxşı rejissor üzrə Oskar mükafatı qazanıb. Redford 2018-ci ildə aktyorluqdan təqaüdə çıxıb və 2016-cı ildə artıq “aktyorluqdan yorulduğunu” deyib. O, həmçinin Utah-da "Sundance Film Festival" festivalını yaradıb və bu festival müstəqil filmləri tanıtmaq və yeni rejissorları dəstəkləmək üçün böyük rol oynayıb. Redford həyatında ekoloji fəaliyyətlə məşğul olub və filmləri vasitəsilə insanlara həm əyləncə, həm də düşünmək üçün imkan verib. 

Şəxsi həyatında o, 2009-cu ildə Sibylle Szaggars ilə evlənib, öncəki evliliyindən isə dörd uşağı olub, onların ikisi ölüb. Robert Redford Hollivudun ikonası, müstəqil kinonun inkişafına böyük təsir qoyan və sənətə bağlılığı ilə tanınan bir şəxs kimi xatırlanacaq.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et