Bu gün:

Toner nədir və nə üçün istifadə olunur?


Toner – lazer printerlərdə çap üçün istifadə olunan xüsusi toz halında bir maddədir. Çap zamanı printerin içində istilik və təzyiq vasitəsilə kağız üzərinə köçürülür və qalıcı mətnlər və ya şəkillər əmələ gətirir.

Onun tərkibinə plastik qatran, piqment və dəmir oksidi daxildir. Qara-ağ və rəngli çap üçün müxtəlif formulları mövcuddur. İstifadə olunan toner kartrici çapın keyfiyyətinə və aydınlığına birbaşa təsir göstərir. Tonerin ömrü isə doluluq dərəcəsinə və çap intensivliyinə görə dəyişir.

Toner nə işə yarayır?

Çap prosesində əsas vəzifə kompüterdən gələn rəqəmsal məlumatı kağız üzərində fiziki sənədə çevirməkdir. Printerdə tonerdən istifadə ilə bağlı bilməli olduğunuz bəzi məqamlar bunlardır:

1. İstifadə olunan materialın keyfiyyəti çap nəticəsinə birbaşa təsir göstərir. Uyğun və ya orijinal məhsuldan istifadə edilməsi printerin performansını qoruyur və çıxışın keyfiyyətinin sabit qalmasını təmin edir;

2. Lazer printerlərdə istifadə olunan bu sistem, yüksək temperatur altında kağıza yapışan toz hissəcikləri sayəsində işləyir;

3. Quruma müddəti tələb etmədiyi üçün vaxt qazanmağa imkan verir və ardıcıl olaraq çoxlu sayda çap almağa uyğundur.

Toner necə doldurulur?

Doldurma prosesi boşalmış kartricin içinin yenidən tozla doldurulması yolu ilə həyata keçirilir. Əvvəlcə kartric diqqətlə açılır, içindəki qalıqlar təmizlənir və uyğun tozla yenidən doldurulur. Bu işi ev şəraitində etmək mümkündür, lakin xüsusi avadanlıq və diqqət tələb olunur. Yenidən doldurma həm xərcləri azaldır, həm də ətraf mühitin davamlılığına töhfə verir. Doldurma zamanı istifadə qaydalarına əməl etmək vacibdir.

Toner və kartric arasındakı fərq nədir?

Toz əsaslı sistemlər lazer printerlərdə istifadə olunur. Kartric isə maye mürəkkəb ehtiva edir və mürəkkəb püskürtməli printerlər üçün nəzərdə tutulub. Toner və kartric arasındakı fərq onların istifadə müddəti, çap tutumu və bir səhifəyə düşən xərc baxımından özünü göstərir. Lazer printerlər daha çox həcmli çap imkanı verir. Mürəkkəb püskürtməli sistemlər isə az sayda, rəng doqqunluğu yüksək olan işlər üçün daha uyğundur. Material seçərkən printerin növünə də diqqət yetirmək vacibdir.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et