Bu gün:

ABŞ Dövlət katibi Rubio: Tramp gələn həftə Zelenski ilə görüşə bilər


ABŞ Dövlət katibi Marco Rubio açıqlayıb ki, Prezident Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.Rubio bildirib ki, Ukrayna Prezidenti Zelenski gələn həftə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorka səfər edəcək və orada ABŞ Prezidenti Donald Tramp onu qəbul edəcək.

Rubio əlavə edib ki, Tramp Kiyev ilə Moskva arasında sülh sazişinə vasitəçilik etməyi ümid edir.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et