Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinad edərək 24media.az bildirir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində Şuşa və Xankəndidəki təhsil müəssisələrində olub.

O, elm və təhsil naziri Emin Əmrullayevlə birlikdə əvvəlcə Şuşa şəhəri 1 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub, şagirdlərlə görüşüb. Daha sonra Qarabağ Universitetini ziyarət edərək yeni tədris korpusları, laboratoriyalar və yataqxanaya baxış keçirib, tələbələrlə görüşüb. Universitetin rektoru Şahin Bayramov ali məktəbin fəaliyyəti barədə məlumat verib.
Baş direktor, həmçinin Qarabağ Universitetinin Klinikası ilə tanış olub. Klinikaya dair məlumatı direktor, Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı Samir Babayev təqdim edib.
Rəna Qarayeva
