Esports son illərdə sürətlə böyüyərək hobbidən milyard dollarlıq qlobal sənayeyə çevrilib. Turnirlər stadionları doldurur, milyonlarla insan onlayn izləyir və Nike, Intel kimi böyük şirkətlər komandaları dəstəkləyir.

Peşəkar oyunçular artıq idmançılar kimi qəbul olunur – onlar xüsusi məşq proqramı ilə çalışır, təqaüdlər qazanır və beynəlxalq liqalarda yarışırlar. Esports-un gücü, həm də icma effektindədir: milyonlarla fanat Discord, Reddit və digər platformalarda bir araya gəlir.
VR və AR texnologiyalarının inkişafı ilə esports-un daha da böyüməsi gözlənilir. Bəzi ekspertlər, hətta onun Olimpiya Oyunlarına daxil ediləcəyini düşünür.
Nəticə etibarilə, esports artıq yalnız oyun deyil, ənənəvi idmana real rəqib olan qlobal mədəniyyətə çevrilib.
Mənbə: ThisGenGaming
Tərcümə etdi: Arzu Qafarova
