Həyatımızın təxminən 20%-ni düşüncə istehsal etməyən bir zehinlə keçirə bilərik. Bəs bu anlarda beynimizdə nələr baş verir?
Alimlərin fikrincə, bu boşluq halı heç də nadir deyil. Hətta həyatımızın beşdə birini düşüncə yaratmayan bir zehinlə keçirə bilərik. Neyroelmçi Atena Demertziyə görə, bu vəziyyət “heç bir düşüncənin olmaması hissi” və ya “nə düşündüyünü müəyyənləşdirə bilməmək” halıdır. Amma bu anlayış insandan insana dəyişə bilir.
Yeni beyin görüntüləmə tədqiqatları göstərir ki, bu boşluq anlarında beyin fərqli siqnallar yayır. Yuxu və ya anesteziya zamanı müşahidə olunanlara bənzər sinxron dayanma baş verir. Düşüncə prosesləri həmin anlarda müvəqqəti olaraq dayanır; zehin qısa müddətlik passivlik vəziyyətinə keçir. Bu hal xüsusilə oyanıqlıq səviyyəsinin aşağı olduğu anlarda daha çox görünür. Lakin oyanıqlıq səviyyəsinin çox yüksək olması da başqa bir problem yarada bilir. Həddindən artıq stimullaşmış zehin vəziyyəti diqqətin dağılmasına, performans itkisinə və narahatlığın artmasına səbəb ola bilər. Demertziyə görə, bu güclü idrak təzyiqi də fərqli bir zehni durğunluq formasına yol aça bilir.
Bu zehni boşluqlar yalnız keçici hallar deyil, bəzi klinik vəziyyətlərlə də bağlıdır. Məsələn, DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik Bozukluğu) diaqnozu qoyulmuş şəxslər bu sakit anlarla daha çox rastlaşırlar.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
