Bu gün:

SOCAR İtaliyanın “Italiana Petroli” şirkətini almağa yaxındır


Sentyabrın 15-də məlum olub ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı yanacaq şirkətlərindən biri olan “Italiana Petroli”ni satın almağa yaxındır.

Məsələ ilə bağlı məlumat verən mənbələrin sözlərinə görə, şirkətin təsisçi ailəsi SOCAR ilə satış müqaviləsi imzalamaq ərəfəsindədir. Müqavilə baş tutacağı təqdirdə, SOCAR İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən birinə nəzarət edəcək.

Maliyyə şərtləri hələlik açıqlanmayıb.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et