Bu gün:

Yəhudilikdə oruc tutmaq


Yəhudi dinində oruc özlüyündə bir ibadət deyil, bəzən ibadətdən asılı olmayaraq həyata keçirilə bilən bir davranışdır. 

Tövrat mətnlərində də rast gəlinən oruc: Yəhudi möminin "mən"ini yetişdirmək və ilahi təbəqələr qarşısında "Heç"liyini hiss etmək üçün tez-tez müraciət etdiyi üsullardan biridir.

Dini əmrlərin icrası üçün məsuliyyət yaşına çatmış (qızlar üçün 12, oğlanlar üçün 13), əqli və mənəvi tarazlıq baxımından qüsurlu sayıla bilməyən, sağlamlıq baxımından əlilliyi olmayan hər bir yəhudi dindarı, bununla bağlı heç bir etirazı yoxdursa, yuxarıda qeyd olunan oruclara cavabdeh sayılır. Başqa heç bir narahatlıq yoxdursa, hamiləlik və menstruasiya kimi hallar oruc tutmağa mane olmur.

Oruc günləri günəş çıxmazdan əvvəl başlayır və gün batdıqdan sonra bitir (Bu orucların başlanğıcı və sonu İslamda Ramazan orucunun vaxtı ilə müqayisə oluna bilər). 

Oruc zamanı yemək sayıla biləcək heç bir şey yeyilməz, içilməz, cinsi əlaqə yaşanmaz, ləzzət və əyləncə sayıla biləcək rəftar və davranışlardan qaçınılır.

Bundan başqa, müstəsna hadisələrə görə ictimai və ya fərdi oruclar tutula bilər, həmçinin bəzi hallarda nəzir orucları da tutulur. Ancaq ardıcıl olaraq bir gündən çox oruc tutmaq olmaz, oruc tutmaq səbəbilə fiziki və ruhi sağlamlığı təhlükə altına salacaq davranışlarda olmaq da uyğun görülmür. 

Mənbə: Türk yahudileri

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et