Bu gün:

16-cı əsrə aid Britaniyadan sehrbaz maskası tapılıb


Tarixi mənbələr göstərir ki, 16-cı əsrdə Britaniyada zadəgan xanımlar səyahət zamanı dərilərini günəşdən və küləkdən qorumaq üçün xüsusi maskalardan istifadə ediblər.

O dövrdə solğun dəri həm gözəllik, həm də sərvət və yüksək sosial statusun göstəricisi sayılırdı, buna görə də xanımlar dərilərinə böyük diqqət yetiriblər.

Maskaların maraqlı xüsusiyyəti isə üzə bağlanması üçün ağızdan keçən ipin olması olub. Nəticədə, xanımlar bütün yol boyu səssiz qalmalı olur, danışmaqdan imtina ediblər. Bu isə həm səyahət təcrübəsini fərqli edir, həm də sosial statusun simvolu kimi maskaları xüsusi edib. 

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 


Paylaş
Şərh əlavə et