Tarixi kəşf etmək və zamanın dərinliklərinə səyahət etmək istərdinizmi? Dünyanın müxtəlif guşələrindən seçilən nadir tarixi nümunələr sizə minillər öncəsinin sehrini yaşadacaq.
Əsərlərdəki əl işçiliyi, incə detallar və zamanın təsirlərinə rəğmən günümüzə qədər gəlib çıxan gözoxşayan memarlıq və sənətkarlıq nümunələri tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.
1. Yəməndəki Awam Məbədi (Mahram Bilqis)

E.ə. VII əsrdə Səba Krallığı tərəfindən Marib şəhəri yaxınlığında inşa olunan bu məbəd Ay tanrısı Almaqaha həsr edilib. Qədim Ərəbistanın mühüm ziyarət mərkəzlərindən sayılan bu abidə tacirlər tərəfindən yazılı izlərlə zənginləşdirilib, günümüzdə isə Ərəbistan yarımadasının ən əhəmiyyətli islamqədərki arxeoloji tapıntılarından biri kimi dəyərləndirilir.
2. İzabella de’ Medici Portreti

ABŞ-da yerləşən Carnegie İncəsənət Muzeyi kolleksiyasında qorunan portret uzun müddət saxta hesab olunaraq muzeydən çıxarılmaq üzrə olub. Lakin XIX əsrdə aparılan rentgen analizləri nəticəsində kətanın alt qatında orijinal əsər aşkar edilib. Əslində bu əsər XVI əsr rəssamı Andrea Allorinin fırçasından çıxab İzabella de’ Medicinin portretidir. Restavrasiya işlərindən sonra üzə çıxarılan əsərin yaradılma tarixi 1570-ci ilə aiddir.
3. Səfəvilər Dövrünə Aid Tarixi Ev

İsfahanda yerləşən çoxsaylı Səfəvi dövrü tikililəri bu gün muzey, mehmanxana və ya restoran kimi fəaliyyət göstərir. Şəkildə gördüyünüz bina da həmin dövrün yadigarlarından olub, hazırda ənənəvi İran (Fars) restoranı kimi istifadə olunur.
4. Vank Kilsəsi (Katedrali)

1606-cı ildə İsfahandakı erməni icması tərəfindən inşa edilən bu kilsə erməni və İran memarlıq üslublarını birləşdirir. Vank Kilsəsi şəhərin ən mühüm erməni dini abidələrindən biri sayılır.
5. II Rudolfun Tacı

Müqəddəs Roma İmperiyasının rəsmi tacı Nürnberqdə saxlanılır və yalnız taxta çıxma mərasimlərində istifadə olunub. Buna görə də imperatorlar üçün ayrıca taclar hazırlanıb. Günümüzədək yalnız II Rudolfun tacı gəlib çatıb.
1804-cü ildə Avstriya İmperiyasının rəsmi tacı elan olunan bu nadir əsər əslində heç bir mərasimdə istifadə edilməyib. Tac fleur-de-lys (zanbaq) ornamentləri, mitra, eləcə də imperatorluq qövsi olmaqla üç əsas hissədən ibarətdir. Qiymətli daşlar və minayişləmələrlə bəzədilən tacın müəllifinin məşhur sənətkar Jan Vermeyen olduğu ehtimal edilir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
