Evlər insanın ən qiymətli varlıqlarından sayılır. Çünki onlar həm rahat bir həyat təmin edir, həm də bir qədər də olsa sahiblərinin sosial statusunu göstərir. Xüsusilə də bu, müasir yüksək təbəqəyə aid bəzi qadın və kişilər üçün belədir.
Açığını desək, bu, danışacağımız evlərin gözəl olmadığı demək deyil, çünki əksinə, onlar möhtəşəmdirlər. Bu evlər həm böyüklükləri, həm də göz qamaşdıran dizaynları ilə seçilirlər.
10. Pensmore – Highlandville, Missuri – 72.215 kvadratmetr
Dünyanın və ABŞ-nin ən böyük evlərindən biri olan Pensmore-un sahibi, astrofizik və keçmiş CIA əməkdaşı Stiven Haffdir. O, evi partlayışlara, zəlzələlərə və güclü qasırğalara davamlı tikdirmək istəyib. Tikintisinə 2008-ci ildə başlanılsa da, ev hələ də tamamlanmayıb. Haff evin istədiyi kimi olmadığını deyərək tikinti şirkətini günahlandırır. Nəhəng malikanənin divarlarının isə 30 santimetr qalınlıqda olduğu bildirilir.
9. The One – Bel-Air, Kaliforniya – 74.000 kvadratmetr
Los-Ancelesin Bel-Air bölgəsində yerləşən bu nəhəng malikanə 2022-ci ildə Fashion Nova şirkətinin qurucusu və CEO-su Riçard Saqian tərəfindən 126 milyon dollara alınıb. The One adlanan kompleks əsas müasir üslubda tikilmiş malikanədən və üç kiçik evdən ibarətdir.
8. Villa Leopolda – Fransız Rivierası – 80.000 kvadratmetr
1929–1931-ci illərdə amerikalı memar Oqden Kodman tərəfindən inşa edilən Villa Leopolda uzun illər braziliyalı milyarder Lili Safraya məxsus olub. 2008-ci ildə isə bir rus oliqarxına satılıb. Bu möhtəşəm malikanə dünyanın ən bahalı daşınmaz əmlaklarından biri kimi tanınır.
7. La Reverie – Palm Beach, Florida – 84.626 kvadratmetr
Florida ştatının Palm Beach sahilində yerləşən bu möhtəşəm malikanə əvvəllər Sydell Millera məxsus olub. Üçmərtəbəli, 10 otaqlı evin ümumi sahəsi 84.626 kvadratmetrdir, bunun 34.775 kvadratmetri kondisionerlidir. La Reverie zəngin sənət əsərləri və dekorativ əşyalar kolleksiyası ilə seçilir.
6. Modern Versailles – Windermere, Florida – 90.000 kvadratmetr
Adından göründüyü kimi Versal sarayından ilhamlanaraq tikilən bu nəhəng malikanə sahibinə çətin günlər yaşadıb. Evin sahibi Ceki Siqel tikintini başa çatdırmaq üçün demək olar ki, iflas həddinə çatmışdı. Nəhayət, layihəni tamamlasa da, böyük xərcləri ilə həmin dövrdə çox müzakirə olunub.
5. Witanhurst – London, İngiltərə – 90.000 kvadratmetr
1930-cu illərdə Georgian Revival üslubunda tikilən bu malikanə Şimali Londonun Highgate bölgəsində, 5 dönümlük ərazidə yerləşir. Buckingham Sarayından sonra Londondakı ikinci ən böyük və bahalı ev sayılan Witanhurst hazırda rusiyalı milyarder Andrey Quryevə məxsusdur. 25 otaqlı ev 2015-ci ildə təmirə girib və həftəlik xərci 2 milyon funt sterlinqə çatdığı iddia olunub. Bundan əlavə, əsas evin qarşısında, həyətin altında 40.000 kvadratmetrlik nəhəng yeraltı kompleks də inşa olunub.
4. Safra Köşkü – San Paulo, Braziliya – 117.000 kvadratmetr
130-dan az otağı olan, həm qapalı, həm açıq hovuzlarla təchiz edilmiş bu nəhəng köşk hündür divarlarla əhatələnib. 117.000 kvadratmetrlik ərazidə yerləşən Safra Köşkü haqqında çox az şey bilinir, çünki Safra ailəsi onun daxili barədə məlumatları gizli saxlayır.
3. Biltmore Malikanəsi – Eşvill, Şimali Karolina – 178.926 kvadratmetr
Şimali Karolinanın Eşvill şəhərində yerləşən bu ev ABŞ-dəkı ən böyük malikanə sayılır. 1895-ci ildə tamamlanan tikili öz memarlığı ilə bölgənin dağlıq mənzərəsini tamamlayır.
2. Antilia – Mumbai, Hindistan – 400.000 kvadratmetr
Hindistanın Mumbay şəhərində yerləşən Antilia, 27 mərtəbəli və 550 metr hündürlüyündədir. 400.000 kvadratmetrlik sahəsi ilə dünyanın ikinci ən böyük şəxsi evi sayılır və tikintisi 1 milyard dollardan çox başa gəlib. Hindistanın ən varlı şəxsi Mukeş Ambani üçün bu xərclər böyük olmayıb.
1. Istana Nurul Iman Sarayı – Brunei – 2,15 milyon kvadratmetr
Dünyanın ən böyük şəxsi evi Brunei Sultanı Həsənəl Bolkiyanın rəsmi iqamətgahı olan Istana Nurul Iman Sarayıdır. 2,15 milyon kvadratmetr sahəsi, ən az 1.788 otağı, 257 hamamı, 110 avtomobil üçün qarajı, at stajları, ziyafət salonları, hovuzları və 1.500 nəfəri qəbul edə bilən məscidi ilə diqqət çəkir.
Mənbə: Hepsiburada.com
Tərcümə etdi: Aytac Musayeva
