Bu gün:

Hər şeyi dəyişdirəcək yeni texnologiya: Hər kəs istədiyi dildə danışa biləcəkmi?


Ağıllı texnologiyalar ünsiyyətdə dil maneələrini aradan qaldırır. İndi smartfonlardan sonra qulaqlıqlara inteqrasiya olunmuş canlı tərcümə müxtəlif dillərdə danışan insanların anında ünsiyyət qurmasına imkan verəcək.

Apple-ın AirPods Pro 3 ilə debüt edən Canlı Tərcümə funksiyası AirPods 4 (ANC dəstəyi ilə) və AirPods Pro 2-də də əlçatan olacaq. Bu xüsusiyyət istifadəçilərə AirPods vasitəsilə müxtəlif dillərdə danışan insanlarla təbii şəkildə ünsiyyət qurmağa imkan verəcək. Əgər qarşı tərəf də AirPod-lardan istifadə edirsə, tərcümə dərhal hər iki tərəfə ötürüləcək. Qarşı tərəfin qulaqcığı yoxdursa, tərcümə iPhone ekranında ya yazılı, ya da şifahi şəkildə təqdim olunacaq.

İlk dəstəklənən dillər elan edildi

İlkin olaraq ingilis, fransız, alman, portuqal və ispan dilləri dəstəklənəcək. İtalyan, Yapon, Koreya və Çin dilləri üçün dəstəyin daha sonra 2025-ci ildə əlavə edilməsi planlaşdırılır. Bu funksiya 15 sentyabr tarixində iOS 26 yeniləməsinin buraxılışı ilə əlçatan olacaq.

Rəqiblər yarışa daxil oldular

Apple-ın bu addımı sənayedə rəqabəti gücləndirib. Oxşar canlı tərcümə xüsusiyyətləri Samsung Galaxy S24 seriyasında, Meta-nın Ray-Ban ağıllı eynəklərində və Samsung Galaxy Buds Core, Acer AI TransBuds və Honor Earbuds Open-da da mövcuddur.

Tərcümə dəstəyi sona çatacaq

Real vaxt rejimində iki tərəfli tərcüməni təmin edən bu qulaqlıqlar istifadəçilərə tərcüməçi dəstəyinə ehtiyac olmadan ünsiyyət qurmağa imkan verir. Bu, həm gündəlik, həm də iş həyatında xarici dil maneələrini böyük ölçüdə aradan qaldıracaq.

Mənbə: Sözcü 

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et