Amsterdam Universitetində aparılan bir araşdırmada valideynlər uşaqlarına xüsusi hazırlanan 14 sual veriblər. Bu suallar uşaqların özlərini daha çox sevilən hiss etmələrinə səbəb olub. Sadə söhbət yox, dərin və mənalı suallar uşaqlarla valideynlər arasında yaxınlıq yaradıb.
Bu üsul "fast-friends procedure" adlanır və əvvəllər böyüklərdə də sınanıb. İnsanlar şəxsi hisslərini paylaşanda bir-birinə daha yaxınlaşır. Uşaqlar və valideynlər də bu suallarla ölüm, tənhalıq kimi mövzuları danışaraq daha səmimi olublar. Araşdırmalar göstərir ki, şəxsi məlumat paylaşmaq (self-disclosure) dostluq, sevgi və ümumi yaxınlıq hissini gücləndirir. Bu söhbətlər beyində xoşbəxtlik hormonlarını da artırır.
Bu metod müxtəlif yerlərdə sınanıb, tələbələr arasında dərsləri tərk etməyi azaldıb, müxtəlif cinsi orientasiyalı insanlar arasında anlaşmanı artırıb. Alimlər deyirlər ki, əsas qayda sadəcə daha açıq danışmaq, həm özünü bölüşmək, həm də qarşı tərəfi dinləməkdir. Bu, münasibətləri gücləndirir və daha yaxşı söhbətlərə yol açır.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
