Bu gün:

Robotların gündəlik həyatımızda rolu


Robotlardan təhsildə geniş istifadə olunur, çünki onlar müxtəlif fənlərin oyun əsaslı və maraqlı şəkildə öyrədilməsinə kömək edir.

Bu yanaşma şagirdlərdə həm yaradıcılıq və təsəvvürü inkişaf etdirir, həm də komanda işi, inam və özünə güvən kimi sosial bacarıqları gücləndirir. Kənd təsərrüfatında isə artıq pilotsuz uçuş aparatları vasitəsilə torpaq və əkinlər haqqında məlumat toplanır, yaxın gələcəkdə isə məhsuldarlığı artırmaq üçün traktor tipli robotlardan da istifadə ediləcək. Ümumilikdə robotların rolu insanların işlərini sadələşdirmək və gündəlik həyatı yaxşılaşdırmaqdır. Bununla belə, onların geniş istifadəsi həm müsbət, həm də mənfi nəticələr yarada bilər. Buna görə robotlardan məsuliyyətli, şüurlu və etik qaydada istifadə etmək vacibdir ki, insanlar və robotlar arasında müsbət bir balans yaransın.


Mənbə: Codelearn.com

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et