Bu gün:

Peskov: NATO, Rusiya ilə faktiki olaraq müharibədədir


Kremlin sözçüsü Dmitriy Peskov, “NATO”nun faktiki olaraq Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirib.Jurnalistlərin suallarını cavablandıran Peskov, Polşa Xarici İşlər naziri Radoslaw Sikorskinin “NATO, Rusiya ilə müharibə vəziyyətində deyil” fikirlərinə münasibət bildirib:

“NATO, Rusiya ilə müharibə vəziyyətindədir. Bu, tamamilə aydındır və əlavə sübuta ehtiyac yoxdur”.

Peskov qeyd edib ki, alyans Ukraynaya həm birbaşa, həm də dolayı yollarla dəstək verərək “faktiki olaraq bu müharibəyə qoşulub”.

O, Avropa ölkələrinin Ukrayna böhranına yanaşmasını da tənqid edərək, onların problemin əsas səbəblərinə diqqət etmədiklərini söyləyib.

Kremlin sözçüsü, Moskvanın hələ də Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində maraqlı olduğunu, lakin Kiyevin prosesi süni şəkildə ləngitdiyini vurğulayıb:

“Biz əvvəllər də fasilənin yarandığını demişdik. Bu fasilə indi də açıq şəkildə görünür”.

Peskov həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşün yalnız ciddi hazırlıqdan sonra baş tutmasının faydalı ola biləcəyini deyib:

“Əks halda bu görüş heç bir nəticə verməyəcək”.

Mənbə: TRT XƏBƏR 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et