Sentyabrın 14-də Madriddə ABŞ və Çin nümayəndələri arasında ticarət məsələlərinə dair danışıqlar aparılıb. Görüşdə iki ölkə arasında gərginlik yaradan bir sıra mövzular diqqət mərkəzində olub.

Müzakirələrdə xüsusilə Çin mənşəli “TikTok” tətbiqinin ABŞ-dakı fəaliyyətinə dair qərarlar və Çin-Rusiya neft ticarəti səbəbindən Çinə qarşı tarif tədbirlərinin tətbiqi ehtimalı əsas müzakirə mövzularından biri olub.
Tərəflər danışıqların konstruktiv mühitdə keçirildiyini bildiriblər.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
