Bu gün:

A4, A3, A2 kağız ölçüsü nədir?


Müxtəlif sahələrdə və gündəlik həyatda istifadə olunan kağız ölçüləri ehtiyaclara görə dəyişir. Məsələn, ofislərdə printerdən çıxan sənədlər, təhsil müəssisələrində istifadə olunan qeydlər və rəsmi sənədlər müəyyən standart ölçülərə əsasən hazırlanır. 

Hazırda istifadə olunan kağız ölçüləri beynəlxalq səviyyədə qəbul edilmiş ISO 216 standartına görə müəyyən olunur.

A5 kağız ölçüsü nə qədərdir?

A5 kağızın ölçüsü 148 x 210 mm-dir və A4 kağızının yarısı böyüklüyündədir. Daşınma rahatlığına görə gündəlik həyatda tez-tez istifadə olunur. Əsasən qeyd dəftərləri, dəvətnamələr, kiçik broşürlər və cib gündəlikləri üçün uyğundur, ofislərdə isə qeydlər və daxili sənədlərdə işlədilir.

A4 kağız ölçüsü nə qədərdir?

A4 kağızın ölçüsü 210 x 297 mm-dir. Məktəb tapşırıqları, hesabatlar, ərizələr və təqdimat materialları əsasən bu ölçüdə hazırlanır. Standart printer və fotokopi aparatları da A4 kağızına uyğun qurulub, buna görə də, bu ölçü ən geniş yayılmış və praktik sayılır.

A3 kağız ölçüsü nə qədərdir?

A3 kağızın ölçüsü 297 x 420 mm-dir. Əsasən qrafik materialların çapı, texniki çəkilişlər, cədvəllər və iki səhifəlik məzmunun yanaşı göstərilməsi üçün istifadə olunur. Həmçinin kiçik afişələr və təqdimat üçün sınaq sənədlərində də A3 ölçüsünə üstünlük verilir.

A2 kağız ölçüsü nə qədərdir?

A2 kağızın ölçüsü 420 x 594 mm-dir. A1 qədər böyük olmadığından daşınması və saxlanması rahatdır. Masaüstü istifadə üçün, həmçinin çoxlu vizual elementli sənədlər və dəqiq çəkilişlərdə üstünlük verilir.

A1 kağız ölçüsü nə qədərdir?

A1 kağızın ölçüsü 594 x 841 mm-dir və seriyanın ən böyük ikinci formatıdır. Əsasən memarlıq, mühəndislik və şəhərsalma sahələrindəki plan və çəkilişlər üçün istifadə olunur. Geniş səthi mürəkkəb sxem və detallı rəsmlərin dəqiq hazırlanmasına imkan verir.

A0 kağız ölçüsü nə qədərdir?

A0 kağızın ölçüsü 841 x 1189 mm-dir. Əsasən afişlər, poster təqdimatları və sərgi-fuarlarda diqqət çəkmək üçün istifadə olunur. Böyük ölçüsü sayəsində çap prosesində həm keyfiyyət, həm də səmərəlilik təmin edilir.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et