Bu gün:

Uşaqlarda seçici yemək vərdişləri normal haldır


Əgər uşağınızla yemək bəzən qidalanma problemindən çox mübahisəyə bənzəyirsə, siz tək deyilsiniz. İngiltərənin Milli Sağlamlıq Xidmətinin (NHS) məlumatına görə, uşaqların yarıdan çoxu inkişaflarının müəyyən mərhələsində seçici yemək vərdişləri nümayiş etdirirlər.

Uşaq və körpə qidalanma mütəxəssisi Charlotte Stirling-Reed CBeebies Valideyn Kömək Xəttinə açıqlamasında bunun normal inkişaf prosesinin bir hissəsi olduğunu bildirib və valideynlərin özlərini günahlandırmamasının vacibliyini vurğulayıb.


Ekspertin məsləhətlərinə görə, uşağa seçim imkanı vermək, daha çox qida sınamağa təşviq edə bilər. Yeməkdən imtina edəndə “heç nə yoxdur” demək, uşaqda muxtariyyət hissi yaradır. Yemək vaxtını çox uzatmamaq, uşağın istədiyi vaxt masadan qalxmasına icazə vermək tövsiyə olunur. Qidaları “yaxşı” və ya “pis” kimi etiketləməmək lazımdır, neytral olmaq uşağın yeməklə münasibətinə müsbət təsir göstərir. Yeməyi əyləncəli hala gətirmək, söhbətlərlə, kitablarla diqqəti yayındırmaq uşaqları yeməyə daha həvəsləndirə bilər.


Ekspert valideynlərə sadə və qidalı yeməklər hazırlamağı tövsiyə edir. Məsələn, konservləşdirilmiş pomidor, mərcimək və dondurulmuş tərəvəzlərdən tez və sağlam makaron sousu hazırlamaq mümkündür.


Əgər uşaq aktivdirsə və normal inkişaf edirsə, adətən kifayət qədər qida qəbul edir. Lakin məhdud pəhriz davam edərsə və ya əlavə hissiyat problemləri şübhə doğurarsa, həkimlə məsləhətləşmək tövsiyə olunur.


Mənbə: BBC News

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et