Bu gün:

Londonda yürüşdə toqquşma: 26 polis yaralı, 25 nəfər saxlanılıb


İngiltərədə aşırı sağçıların paytaxt Londonda keçirdiyi aksiyaya 110-150 min nəfər qatılıb. Aksiya zamanı polis baryerlərini aşmağa çalışanlarla toqquşma yaşanıb. Nəticədə 4-ü ağır olmaqla 26 polis yaralanıb, 25 nəfər isə saxlanılıb. Londra Metropolitan Polisi bildirib ki, aksiyaya aşırı sağçı “Tommy Robinson”un çağırışı ilə keçirilən “Söz Azadlığı Festivalı” çərçivəsində on minlərlə ingilis millətçisi qoşulub.

Əsl adı Stiven Yaksli-Lennon olan Robinson-un çağırışı ilə küçələrə çıxan aksiyaçılar yürüş marşrutundan kənara çıxmağa çalışıblar. Onların bir hissəsi polis xəbərdarlıqlarına məhəl qoymayaraq, “İrqçiliyə Qarşı Dur” qrupunun keçirdiyi “Faşizmə qarşı yürüş” aksiyasının keçirildiyi əraziyə tərəf yönəlmək istəyib. Polis buna mane olmağa çalışarkən etirazçılarla qarşıdurma baş verib, polislərə daş və digər əşyalar atılıb, bəziləri isə yumruq və təpiklə hücum edib.

Atlı və itlərlə dəstəklənən polis qüvvələri asayişi qorumağa çalışıb. Bəzi aksiyaçılar isə ətrafdakı binaların barmaqlıqlarına və tikinti iskelelərinə dırmaşaraq təhlükəli vəziyyət yaradıb.

Polis məlumatına görə, “Krallığı Birləşdir” şüarı altında yürüyənlərdən 25 nəfər polislərə hücum və ictimai asayişi pozmaqda ittiham olunaraq saxlanılıb.

Metropolitan Polis İdarəsi rəis müavini Matt Twist açıqlamasında bəzi aksiyaçıların nümayişə məqsədli şəkildə “döyüşməyə gəldiyini” bildirib:

“Onlar polis baryerlərini yarmağa, fiziki və şifahi hücum etməyə çalışıblar”.

Twist, 26 polisin yaralandığını, onların arasında diş qırığı, burun sınığı, beyin silkələnməsi və baş travmaları olduğunu açıqlayıb.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et