Sentyabrın 13-də ABŞ rəsmiləri Əfqanıstanda saxlanılan amerikalıların vəziyyəti ilə bağlı Taliban hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıblar. Görüşdə həbsdə olan ABŞ vətəndaşlarının azad edilməsi məsələsi müzakirə olunub.

Danışıqlar zamanı tərəflər həmçinin hər iki ölkədə saxlanılan şəxslərin hüquqi vəziyyəti və onların gələcəkdə azadlığa buraxılması imkanlarını da diqqət mərkəzində saxlayıblar.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
