Bu gün:

Tramp NATO ölkələrinə çağırış edib


ABŞ Prezidenti Donald Tramp, NATO üzvü ölkələrə müraciət edərək Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün Çinə 50 faizdən 100 faizə qədər tariflər tətbiq etməyə çağırıb.Tramp, ABŞ mərkəzli “Truth Social” hesabında NATO ölkələrinə göndərdiyi məktubu paylaşıb.

O, Rusiyaya qarşı müharibənin bitməsi üçün Çinin “Moskva üzərində güclü nəzarətə” sahib olduğunu iddia edib və belə tariflərin həmin nəzarəti zəiflədəcəyini vurğulayıb. Tariflərin isə müharibə başa çatdıqdan sonra ləğv edilə biləcəyini qeyd edib.

Müharibə nəticəsində minlərlə insanın həyatını itirdiyini xatırladan Tramp belə deyib:

“Əgər NATO mənim dediyimi etsə, müharibə dərhal sona çatar. Əks halda, ABŞ vaxtını, enerjisini və pulunu boş yerə sərf edir”.

Tramp əlavə edib ki, NATO ölkələri Rusiyaya sanksiya tətbiq edib, Rusiya neftini almadığı halda, ABŞ-də  Moskva hökumətinə qarşı “çox ciddi sanksiyalar” tətbiq edəcək.

O həmçinin bəzi NATO ölkələrinin Rusiyadan neft almasının “şokedici” olduğunu bildirib və bunun onların “Moskva qarşısında mövqelərini və danışıqlardakı güclərini xeyli zəiflətdiyini” vurğulayıb.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et