Bu gün:

2025-ci il Emmy mükafatı üçün proqnozlar açıqlanıb


ABŞ televiziya dünyasının ən böyük mükafatlarından olan Emmy Awards 2025-də favoritlər bəlli olmağa başlayıb. Tənqidçilərin fikrincə, bu il əsas mübarizə dramda “Shōgun”, komediyada isə “Hacks” ətrafında cəmlənib.


Dram kateqoriyasında “Shōgun” ən güclü namizəd sayılır. Serial həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən iltifatla qarşılanıb. 

İngiltərə sarayını əks etdirən “The Crown” serialı isə son mövsümü ilə mükafat uğrunda yarışacaq, lakin şanslarının əvvəlki illərə nisbətən az olduğu qeyd olunur.
“The Morning Show” və “The Last of Us” da nominantlar sırasındadır.

Komediyalar“Hacks” bu ilin əsas favoriti göstərilir.“Abbott Elementary” əvvəlki uğurlarını təkrarlamağa çalışacaq.Yeni seriallardan “The Bear” ciddi rəqib hesab olunur.

Aktyor və aktrisalar arasında isə dram janrı üzrə ən yaxşı aktrisa kateqoriyasında Emma Stone (“The Curse”), Elizabeth Moss (“The Veil”) və Imelda Staunton (“The Crown”) favoritlər sırasındadır.

Ən yaxşı aktyor mükafatına isə Hiroyuki Sanada (“Shōgun”) və Pedro Pascal (“The Last of Us”) əsas namizədlər kimi göstərilirlər.

Növbədə  tolk-şou və gecə proqramları var. “Last Week Tonight with John Oliver” illərdir bu kateqoriyanın qalibi olsa da, bu dəfə güclü rəqiblərlə qarşılaşacaq.

Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et