Bu gün:

Sənət və Senzura: Mikelancelo-dan Banksiyə qədər silinən əsərlər


Mikelancelo-dan Banksy-yə qədər bir çox məşhur əsərlər qanunla və senzura ilə üzləşib. 7 sentyabrda Banksy Londonun Kral Ədalət Məhkəməsinin divarına bir hakimlə etirazçını döyən satirik rəsmini çəkib. Bu mural tezliklə “cinayətkar zərər” kimi qiymətləndirilib və üç gün sonra qismən silinib.

Bu, sənət tarixində ilk dəfə deyil. Məsələn, Renessans heykəltəraşı Giambologna Bibliyadan olan Samsonun hekayəsini qanlı şəkildə təsvir edib. Eyni zamanda, Mikelancelonun məşhur "Son Qiyamət" freskosu Vatikanın Sistine Kapellasında 1541-ci ildə tamamlanıb. Buradakı çoxlu çılpaq fiqurlar kilsə üçün uyğun sayılmayıb və 1563-cü ildə Trent Şurası “ehtiras oyadan” əsərləri qadağan edib. Buna görə Mikelancelonun əsərinə örtüklər əlavə olundu və bu dəyişikliklər bu gün də qalır.

Başqa nümunələr də var. 1566-cı ildə Protestant islahatçıları Anvers kafedralında Frans Florisin “Mələklərin üsyanı” əsərini məhv ediblər. 1815-ci ildə Qoyyanın “İki Maja” adlı rəsmləri İnkizisiya tərəfindən ədəbsizlik adı ilə müsadirə olunub, lakin əsərlər dağıdılmadı və sonradan Prado Muzeyinə verilib. Fransız rəssam Honoré Daumier isə daha sərt cəzalandırılıb. O, kralı acgöz nəhəng kimi göstərən “Qarqantüa” adlı karikatura çəkib. Buna görə 6 ay həbsə atıldı və əsərin daş qəlibi məhv edilib.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et