1789-cu ilin iyulun 20-dən avqustun 6-dək Fransada sürətlə yayılan bir xəbər cəmiyyətdə böyük sarsıntı yaradıb. Xalq arasında dolaşan söz-söhbətlərə görə, aristokratiya kəndlilərin sayını azaltmaq məqsədilə onları aclıqdan qırmaq planı qurub.
Bu iddia dəqiq faktlara əsaslanmasa da, cəmiyyətdə böyük narazılıq yaradıb və mövcud gərginliyi daha da artırıb.
Məhz bu şayiə kəndlilər arasında qorxu və hiddət dalğasının yayılmasına səbəb olub, nəticədə, sosial iğtişaşların qızışması üçün katalizator rolunu oynayıb. Tarixçilərin fikrincə, bu hadisə Fransa İnqilabının gedişatında mühüm dönüş nöqtələrindən biri hesab edilir.
Şayiənin kim tərəfindən və necə yayıldığı indiyədək məlum deyil. Lakin tədqiqatçılar arxiv sənədlərinə əsaslanaraq həmin xəbərin Fransada necə böyük sürətlə yayıldığını təhlil ediblər. Nəticələr heyrətamizdir: İnternetin, radionun və sürətli nəqliyyat vasitələrinin mövcud olmadığı bir dövrdə, sadəcə 10 gün ərzində bütün ölkə bu hekayədən xəbərdar olub.
Elm adamlarının araşdırmaları ilə yanaşı, bioloqlar da məsələyə cəlb ediliblər. Onların gəldiyi qənaət isə bir o qədər maraqlıdır: Fransada yayılan bu şayiənin izləri xəritədə yoluxucu xəstəliklərin yayılma trayektoriyasına son dərəcə oxşayıb. Yəni, söz-söhbət və qorxu hissi demək olar ki, infeksiya kimi cəmiyyətin bütün təbəqələrinə sirayət edib.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
